DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Serbiyanın qonağı olub.
"Football-plus.az" saytının məlumatına görə, ev sahibinin futbolçusu Stefan Mitroviç evdə 3:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb:
"Vacib qələbə qazanaraq, seçmə mərhələdə qarşımıza qoyduğumuz hədəfə doğru yeni addım atdıq. Buraxdığımız qola qədər oyuna nəzarət edirdik. İlk yarıda daha bir neçə qol vurmalı idik. Amma alınmadı. Hücumda aqressiv çıxış etdik. Bizim üçün ən başlıcası üç xal qazanmaqdı. Artıq Portuqaliya ilə matça rahat gedəcəyik. Bu, görüş bizim üçün finala bərabərdi".
Qeyd edək ki, hazırda Serbiya yığması 7 oyundan 17 xalla A qrupunun lideridi.