AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, oktyabrın 19-da Gənclər Liqası çərçivəsində keçiriləcək “Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.