Dünən DÇ-2022-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Qvineya millisi doğma meydanda Mərakeş yığmasını qəbul edib. “Neftçi”nin futbolçusu Mamadu Kane bu oyunun iştirakçısı olub.
Start heyətində qarşılaşmaya başlayan Kane 31-ci dəqiqədə fərqlənməyi bacarıb. Lakin onun bu qolu komandasını məğlubiyyətdən xilas edə bilməyib - 1:4.