DÇ-2022-nin seçmə mərhələsində Serbiya millisi Azərbaycanı 3:1 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi oyun haqda fikirlərini səsləndirib;
“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür. Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdı. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır".