İrlandiya ilə oyundan öncə yığmanın və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə düşərgədən kənarlaşdırıldı.
Buna səbəb futbolçunun məşq zamanı əzələsində problemin ortaya çıxması olub.
Bəhlulun son durumu ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
"Bəhlulun zədəsi birinci dərəcəli əzələ yırtığıdı. Futbolçu iki həftə yaşıl meydanlardan uzaq qalacaq".
GÜNAY VƏLİYEVA