Serxio Ramos ilə PSJ-nin həsrəti bitmək üzrədi.
Təcrübəli futbolçu artıq baldır əzələsindəki zədəsini sağaldıb. İspaniyalı müdafiəçi bu səbəbdən iyulda sıralarına keçdiyi komandada hələ də debüt edə bilməyib. Ancaq 35 yaşlı müdafiəçi Fransa çempionatının 10-cu turunun “Anje” ilə matçında oynaya bilər.
Bu, baş verəcəyi halda Serxio parislilərin heyətində rəsmən debüt edəcək. Liqa 1-in PSJ – “Anje” oyunu oktyabrın 15-də keçiriləcək.