Serxio Romero özünə yeni iş yeri tapıb.
Argentinalı futbolçu yenidən İtaliyada çıxış edəcək. 34 yaşlı qapıçı “Venetsiya” ilə anlaşıb. Romeronun yeni klubu ilə müqaviləsi 2022-ci ilin iyununa qədər nəzərdə tutulsa da, müddət gələn yay birilliyə artırıla bilər.
Azad agent statusu daşıyan Serxio daha əvvəl İtaliyada “Sampdoriya”nın (2011-15) qapısını qoruyub. O, 2015-ci ildən “Mançester Yunayted”in sıralarında olsa da, bu komandaya premyer-liqanın yalnız 7 oyununda, ümumilikdə isə 61 matçda xidmət etmək imkanı qazanıb. İngiltərə klubu ötən mövsüm Romeronun adını ölkə çempionatı və Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil etməmişdi.