
İdman
159
12.10.2021, 12:37
Millimizin heyəti açıqlandı
Parisdə "Böyük Dəbilqə" turniri keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, yarışda iştirak edəcək cüdo üzrə millimizin heyəti açıqlanıb. Yığmamızı 8 idmançı təmsil edəcək.
Məşqçilər korpusu mötəbər yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Hidayət Heydərov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauriyə (+100 kq) şans verəcək.
Qeyd edək ki, yarış oktyabrın 16-17-də baş tutacaq.