DÇ-2022-nin seçmə mərhələsində bu gün Azərbaycan millisi Serbiyanın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, yığmamızın heyətində itki baş verib. Komandamızın əsas hücumçusu olan Mahir Emreli Serbiya ilə oyunda iştirak edə bilməyəcək. Buna səbəb, forvardın oyunöncəsi COVID-19 testinin pozitiv nəticələnməsidi.
Qeyd edək ki, bu gün Belqradda keçiriləcək görüş saat 22.45-də başlayacaq.