Sabah DÇ-2022-nin seçmə mərhələsində Serbiya və Azərbaycan milliləri üz-üzə gələcək.
"Football-plus.az" saytının məlumatına görə, bu gün oyundan öncə mətbuat konfransı keçirilib.
Millimizin üzvü Ramil Şeydayev qarşılaşma haqda fikirlərini bildirib:
“Qrupda itirəcək bir şeyimiz yoxdu. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq. Var gücümüzlə mübarizə aparmalıyıq. Biz bura elə-belə gəlməmişik. Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.