Sabah DÇ-2022-nin seçmə mərhələsində Serbiya və Azərbaycan milliləri üz-üzə gələcək.
"Football-plus.az" saytının məlumatına görə, bu gün oyundan öncə komandaların mətbuat konfransı keçirilib.
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi görüş haqda fikirlərini səsləndirib:
“Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bu günkü son məşqdən sonra bilinəcək. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır.
Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindi. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdı. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.