Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız hazırlıq matçında Qırğızıstanın müvafiq yaş qrupunun komandası ilə üzə-üzə gəlib.
Görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, millimizlə Qırğızıstan oktyabrın 8-də də qarşılaşıblar. Həmin matç isə 1:1 hesabı ilə yekunlaşıb.