DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Serbiya ilə üz-üzə gələcək.
"Football-plus.az" saytının məlumatına görə, ev sahibinin futbolçusu Filip Kostiç oyun haqda danışıb:
"Müasir futbolda zəif rəqib yoxdu. Hər bir yığma futbol oynaya bilir. Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi. Hər qalibiyyət özünəinamımızı artırır. Bu, Lissabon səfəri öncəsi çox önəmlidi. Hər bir rəqibə hörmət edirik. Favorit olsaq da, məsuliyyətdən qaçmırıq. Amma bunu meydanda göstərməliyik. Eyni zamanda Portuqaliyanın matçlarını izləyəcək və uğursuzluğuna ümid edəcəyik. Lakin əvvəlcə sabahkı oyunu udmaq lazımdı".
Qeyd edək ki, sabah oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması saat 22.45-də start götürəcək.