DÇ-2020-nin seçmə mərhələsində Serbiya millisi doğma meydanda Azərbaycanı qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, ev sahibinin baş məşqçisi Draqan Stoykoviç oyundan öncə fikirlərini bölüşüb:
“Futbol çox dəyişib, hamı yaxşı futbol sərgiləyir. Qarşıdakı matçda da qələbə qazanmaq lazımdı. Amma bu, heç də asan deyil. Futbolda hər şey önəmlidi. Ən əsası isə yaxşı oynamaq və qalib gəlməkdi. Kifayət qədər hücumçu ilə oynayacağıq. Oyunu ciddiyə alırıq. Bu, hər baxımdan ən əhəmiyyətli matçlardan biridi. Azərbaycan millisi bizə problem yarada biləcək yaxşı komandadı”.
Qeyd edək ki, sabah baş tutacaq Serbiya - Azərbaycan matçı saat 22.45-də başlayacaq.