Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
"Football-plus.az" saytının məlumatına görə, Frişman Belarusiyanın paytaxtı Minskdə qadın voleybolçular arasında Çempionlar Liqasının 2-ci raundunun “Minçanka Minsk” (Belarusya) – “Olimpiacos Piraeus” (Yunanıstan) klublarının ikinci qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Oktyabrın 14-də “Uruçye” İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrii Kovalçuk və rusiyalı Alexander Ryabtsovdu.
Qeyd edək ki, “Olimpiacos Piraeus” - “Minçanka Minsk” komandalarının ilk qarşılaşmasında yunanlar 3-2 hesabı ilə qalib gəliblər.