"Formula-1" üzrə dünya çempionatında yeni rekord baş tutub.
"Football-plus.az" saytının məlumatına görə, buna Türkiyə "Qran-pri"sində nail olunub. Rekordun sahibi isə "Alpin"də çıxış edən Esteban Okondı.
Sürücü 24 il ərzində yarışı pit-stopsuz tamamlayan ilk pilot olub. Okon "Pirelli" təkərləri ilə bütün məsafəni qət edib.
Qeyd edək ki, son dəfə bunu 1997-ci ildə Monako "Qran-pri"sində Mika Salo etmişdi.