Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
"Football-plus.az" saytının məlumatına göərə, yığmamız hazırlıq çərçivəsində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələdə keçiriləcək oyun saat 17.00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında oktyabrın 8-də keçirilmiş ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.