DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Serbiyanın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, oktyabrın 12-də keçiriləcək görüşün mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
Beləliklə, oktyabrın 11-də, saat 11.30-da Serbiya yığmasının məşqi, 14.15-də isə Draqan Stoykoviçin mətbuat konfransı baş tutacaq.
Azərbaycan millisini çalışdıran Canni De Byazi saat 18.30-da media önünə çıxacaq. 19.00-da isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.
Qeyd edək ki, millimizin məşqi və mətbuat konfransı "Rayko Mitiç" stadionunda olacaq.