Serxio Romero özünə yeni iş yeri tapıb.
"Football-plus.az" saytının məlumatına görə, argentinalı futbolçu yenidən İtaliyada çıxış edəcək. 34 yaşlı qapıçının “Venetsiya” ilə anlaşdığı və müqavilənin tezliklə rəsmiləşəcəyi xəbər verilir. Tanınmış jurnalist Nikolo Skiranın verdiyi məlumata görə, Romeronun yeni klubu ilə müqaviləsi 2022-ci ilin iyununa qədər nəzərdə tutulsa da, müddət gələn yay birilliyə artırıla bilər. Azad agent statusu daşıyan Serxio daha əvvəl İtaliyada “Sampdoriya”nın qapısını qoruyub. O, 2015-ci ildən “Mançester Yunayted”in sıralarında olsa da, bu komandaya premyer-liqanın yalnız 7 oyununda xidmət etmək imkanı qazanıb. İngiltərə klubu ötən mövsüm Romeronun adını ölkə çempionatı və Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil etməmişdi.