“Benfika”da prezident seçkisi keçirilib.
Portuqaliya klubunda ən yüksək vəzifəyə komandanın sabiq futbolçusu Manuel Ruy Koşta yiyələnib.
O, seçkidə 84,48 faiz səs toplayaraq “Benfika”nın sayca 34-cü prezidenti seçilib. Qeyd edək ki, 49 yaşlı Ruy Koşta iyulda prezident səlahiyyətlərini müvəqqəti icra etmək imkanı qazanmışdı. Buna isə fırıldaqçılıq və “pulların yuyulması”na görə klubun o vaxtkı rəhbəri Luiş Filipe Vieyranın həbsi şərait yaratmışdı.
Ötənlərin məşhur futbolçusu karyerasını 2008-ci ildə başa vurandan Lissabon klubunda idman direktoru vəzifəsini icra edirdi. Sabiq yarımmüdafiəçinin futbolçu həyatını yetirməsi olduğu “Benfika”da, həmçinin “Fafe”, “Fiorentina”, “Milan”da keçirdiyini və Portuqaliya millisində 94 oyuna 26 qol vurduğunu da xatırladaq.