Rusiya klubunun rəsmi saytının yaydığı xəbərə görə, komandanı bundan sonra Markus Gisdol çalışdıracaq.
Onunla yaxın günlərdə müqavilə imzalanacağı bildirilib. 52 yaşlı almaniyalı mütəxəssis bir neçə gün əvvəl istefaya göndərilən serbiyalı Marko Nikoliçin yerini tutacaq.
Gisdolun sonuncu iş yeri üç il müddətində çalışdırdığı “Köln” olub. O, daha əvvəl iki il “Hamburq”a başçılıq edib.