''Qalatasaray'' yığma fasiləsindən istifadə edərək dünən hazırlıq matçı keçirib.
İstanbul nəhəngi öz bazasında ''Tuzlaspor''la qarşılaşıb. 1-ci liqada çıxış edən bu kollektiv 7 oyuna topladığı 14 xalla 6-cı pillədə qərarlaşıb. Maraqlı və məhsuldar keçən oyun ''Cim-Bom''un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. ''Sarı-qırmızılar''ın qollarını 7-ci dəqiqədə Babel, 18-ci dəqiqədə Oğulcan Çağlayan, 55-ci dəqiqədə cərimə zərbəsindən Ömər Bayram və 66-cı dəqiqədə Dianye vurub. Fatih Terimin komandası oktyabrın 12-də daha bir hazırlıq matçı keçirərək 1-ci liqanin digər təmsilçisi ''İstanbulspor''la qarşılaşacaq.