
Dünya futbolu / DÇ
199
10.10.2021, 11:14
Millimizlə matçda iştirak etməyəcək
DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununda millimiz Serbiya ilə üz-üzə gələcək.
"Football-plus.az" saytının məlumatına görə, rəqib matça ciddi itki ilə çıxacaq. "Monako"nun da şərəfini qoruyan Straxinya Pavloviç yığmamızla görüşdə Serbiyaya kömək edə bilməyəcək.
Buna səbəb mərkəz müdafiəçisinin ötən gün Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı vəziyyətə düşməsidi.
Qeyd edək ki, Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda baş tutacaq.