AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bölgələrə səfərləri davam edir.
Səfər çərçivəsində Tovuza, Lənkərana, Masallıya, İsmayıllıya, Şəkiyə, Oğuza, Cəlilabada, Siyəzənə baş çəkən assosiasiya rəsmisi dünən ölkənin şimal qapısı sayılan Qusara baş çəkib, uşaq və yeniyetmələrə geyim dəstləri və toplar hədiyyə edib.
Ötən saylarımızda da qeyd etmişik ki, Elxan bəy səfər etdiyi rayonlara özü ilə birgə butslarını bu yaxınlarda mismardan asan gənc nəsil veteranları da aparıb. Məsələn, Vüqar Nadirov, Fərrux İsmayılov, Samir Əliyev Məmmədovla birgə bəzi rayonlarda olublar. Siyəzən və Qusarda isə icraçı vitse-prezidenti hazırda karyerasını davam etdirən Rahid Əmirquliyevlə Kamran Ağayev müşayiət ediblər. Bu yerdə ortaya sual çıxır. Elxan bəy səfərə nə üçün Məşqçilər Komitəsinin üzvlərini dəvət etməyib? Halbuki Məmmədov əvvəllər hansısa bölgəyə yollananda Vaqif Sadıqovun rəhbəri olduğu komitənin üzvlərindən də kimsə nümayəndə heyətinin tərkibində yer alardı. Ancaq bu dəfə Elxan bəy buna ehtiyac görməyib. Olmaya icraçı vitse-prezident bu addımı ilə Məşqçilər Komitəsinə “artıq sizə ehtiyacım yoxdu” mesajını ötürmək istəyir?
Yaşananlara münasibət öyrənmək üçün Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovla əlaqə saxladıq:
RƏŞAD