DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi İrlandiyaya uduzub - 0:3.
Oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi iştirak edib.
O, məğlubiyyətə belə şərh verib:
“Əsas problem erkən qol buraxmağımız idi. Oyuna fərqli hazırlaşmışdıq. Amma lazımsız yerə topu qabağa çox vururduq. Statistikaya baxsaq, top daha çox bizdə olub. Təbii ki, oyuna çoxlu hücumameylli futbolçuların girməsi disbalans yaratdı. Fikrimcə, biz pis oynamadıq. Görünən odur ki, komandamız inkişaf edir. Bu, sevindirici haldır. Oyuna hazırlaşanda əsas məqsədimiz o idi ki, ikinci mərtəbədə onlara çətinlik yaradaq. Buna nail olduq. İlk hissədə biz onlardan daha yaxşı oynayırdıq. Hesaba baxmayıb oyuna baxsaydıq, elə bilərdik ki, biz qələbə qazanırıq.
Oyundan razı qaldım, 90 dəqiqə yaxşı oynadıq. Rəqibin qapıçısı güclüdü, ya nədirsə, səhərə kimi oynasaydıq belə, yenə də qol vura bilməyəcəkdik. Bütün günahlar mənim boynumdadır. Amma qələbə qazananda və heç-heçə edəndə, o komandanın nailiyyətidi. Bütün məsuliyyəti öz üzərimə götürürəm.
Bu məğlubiyyətlər mənim reputasiyama ziyandı. Düşünürəm ki, səbr etmək lazımdı. Zaman lazımdır. Biz addım-addım irəliləməliyik. Sevindirici hal odur ki, bir neçə oyunçumuz xaricdə çıxış edir. Mən uduzmağa nifrət edirəm. Amma çalışacağam ki, qarşıdakı oyunda yaxşı nəticə verək”.