DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığması İrlandiyaya məğlub olub - 0:3.
Qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Stefen Kenni mətbuat konfransında iştirak edib.
50 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
“Qalib gəlməyimiz önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur. Azərbaycan çox təhlükəli rəqibdi. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldi. Birinci hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə gəldi. Əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq”.