Bu gün DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya millliləri üz-üzə gələcək.
“Football-plus.az” saytının məlumatına görə, “irishtimes.com” portalı qonaqların təxmini heyətini açıqlayıb. Həmkarlarımızın fikrincə, Stefen Kenni ənənəvi 3-5-2 taktiki sxemindən istifadə edəcək. Baş məşqçi qapıda Qevin Bazunuya şans verəcək. Müdafiədə Endryu Omobamidele, Şeyn Daffi, Con İqan "üçlüy"ü çıxış edəcək. Yarımmüdafiədə Mett Doherti, Coş Kallen, Ceff Hendrik, Cemi Makqrat və Troy Parrott oynayacaq. Hücumda isə Adam Ayda və Kallum Robinson qol vurmağa çalışacaq.
İLKİN SULTANLI