Belə davam etsə, Türkiyə yığmasının DÇ həsrəti 20 ili də ötəcək.

Sonuncu dəfə DÇ-2002-də iştirak edən və o vaxtdan bu yana heç bir mundiala vəsiqə qazana bilməyən qardaş ölkənin DÇ-2022-yə yollanması da çox böyük sual altındadı. ''Ay-ulduzlular''ın əlinə dünən Holannsız və Sörlotsuz Norveç yığması düşmüşdü. Qələbə komandanı qrupda ikinci pilləyə yüksəldəcəkdi. Amma Türkiyə ümidləri doğrulda bilmədi və oyun 1:1-lik bərabərliklə başa çatdı. Təəssüf ki, artıq Türkiyənin taleyi öz əlində deyil!

Bu arada Türkiyənin yeni baş məşqçisi Ştefan Kunts öz birmənalı qarşılanmayan açıqlamaları ilə diqqət mərkəzinə düşməkdə davam edir. Təyinatından sonra keçirdiyi ilk mətbuat konfransında ''Sərgən Yalçının məşqçi olduğunu eşidən kimi üzümdə təbəssüm yarandı'' deyən almaniyalı mütəxəssis daha sonra ''bu, sadə bir zarafat idi, şişirtməyə dəyməz'' sözləri ilə vəziyyətdən çıxmaq məcburiyyətində qalmışdı. Norveçlə oyundan sonra isə Kunts qapıçı seçimi ilə bağlı suala verdiyi cavabla yenə sosial şəbəkələrdə gündəm oldu:

''Qapıya ''Fənərbaxça''lını (Altay Bayındır) qoysaydım, yəqin ki, hər kəs bu qərardan məmnun qalardı. Amma qapıçımız (Uğurcan Çakır) bu şansı qazanmağa layiq idi. Yəni daha asanına qaça bilərdim, amma bunu etmədim''.

Bu sözlərdən sonra ortaya belə bir sual çıxır ki, Kunts ümumiyyətlə nə danışdığının fərqindədimi? Uğurcan Çakır zatən neçə müddətdi yığmada əsas qapıçı sayılır və AÇ-yə də bu statusda yollanmışdı. Bundan başqa almaniyalının Altay haqda danışarkən ''Fənərbaxça''lı qapıçı'', Uğurcan haqda danışarkən isə ''qapıçımız'' deməsi də çox qəribə səsləndi. Zatən nəticə və zəif oyun üzündən çox pərişan olan türkiyəli fanatlar bu sözlərə görə də Kuntsu böyük tənqid atəşinə tutdular. Yerli məşqçi belə ifadə işlətsəydi, onu dərhal yığmada ayrıseçkilik yaratmaqda günahlandırardılar. Görünən odu ki, Kunts növbəti dəfələrdə sözlərinə diqqət yetirməsə, onun başı hələ çox ağrıyacaq.

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər