
Markao qışda vətəninə, Kərəm Fransaya yollana bilər
''Qalatasaray'' qış fasiləsində iki önəmli oyunçusunu itirə bilər.
Söhbət Markao ilə Kərəm Aktürkoğludan gedir. Markaonun ''Palmeyras''dan olduqca sərfəli təklif aldığı məlum olub. Braziliya klubunun qış transfer dönəmində ''Cim-Bom''a rəsmi təklif irəli sürəcəyi gözlənilir. Bilindiyi kimi, braziliyalı müdafiəçi 1-ci turda Kərəmi döydüyü üçün həm federasiya, həm də öz klubu tərəfindən cəza almışdı. Onun 8 oyunluq cəzasının bitməsinə hələ 1 tur qalıb və ''sambaçı'' 10-cu turda ''Beşiktaş''la derbidə meydanda olacaq. Amma onun meydanda olduğu hər iki AL matçında komandanın qol buraxmaması diqqəti çəkir. Türkiyə mətbuatının yazdığına inansaq, federasiya yox, məhz öz klubu tərəfindən cəzalandırılması Markaonun xətrinə dəyib.
Düzdü, Terim 25 yaşlı futbolçunun satılmasını istəmir. Amma sərfəli təklif gələcəyi təqdirdə Markaonun satılması mümkündü.
Kərəm Aktürkoğluya gəlincə, bu istedadlı futbolçunu Avropanın bir sıra klubları diqqətlə izləyir. Onların arasında ''Volfsburq'', ''Nant'' və ''Lion'' da var. ''Qalatasaray''ın son oyunlarını diqqətlə izləyən bu klubların skautları dünən Türkiyə yığmasının oyununu da baxıblar. Yəni qışda 22 yaşlı oyunçuya görə ''Cim-Bom''a rəsmi təklifin gələcəyini indidən əminliklə söyləmək olar. ''Fanatik'' nəşrinin yazdığına inansaq, ''Nant'' skautları öz qeydlərində Kərəm üçün bu sözləri yazıblar:
'
Həm maliyyə durumuna, həm də heyətinə görə ''Nant''dan qat-qat yaxşı vəziyyətdə olan ''Lion''un Kərəmi transfer etmək şansı daha yüksəkdi. Heyətində Toko-Ekambidən başqa sol vinger olmayan ''Lion'' bu mövqeni potensiallı bir gənc oyunçu ilə gücləndirmək istəyir və Aktürkoğlu bu meyarlara uyğun gəlir. Ümumiyyətlə, türkiyəli oyunçuların ''Lill''də qazandığı uğurlardan sonra Fransa klublarının bu ölkənin futbolcularına marağı xeyli artıb. Xatırladaq ki, Kərəm Aktürkoğlu ''Qalatasaray''a ötən mövsümün əvvəlində 3-cü liqa təmsilçisi ''Ərzincanspor''dan pulsuz transfer olunmuşdu. Gənc oyunçu ötən mövsüm sərgilədiyi oyunla adından söz etdirmiş və yığmaya da dəvət almağa başlamışdı. İstanbul nəhənginin bu oyunçuya görə ən azı 10 milyon avro tələb edəcəyi gözlənilir