
Dünya futbolu
172
9.10.2021, 17:30
Laporta Xaviyə qərarını izah edib
“Barselona”nın prezidenti Xuan Laporta “Əl-Sədd”in məşqçisi Xavi ilə təması bərpa edib.
Laportanın prezident seçkisi ərəfəsində apardığı kampaniyadan sonra onların münasibətləri soyumuşdu. Ancaq yaxınlarda Laporta ilə Xavi danışmağa başlayıb.
“Blauqrana”nın prezidenti klubun əfsanəsinə baş məşqçi Ronaldo Kumana daha bir şans verildiyini anladıb və bu qərarın səbəblərini izah edib. Laporta və ətrafı hələ də əmindi ki, dözüm göstəriləcəyi və zədəli futbolçular tezliklə dönəcəyi halda, Kumanın “Barsa”sı inkişaf edə və titullar uğrunda mübarizə apara bilər.