
Dünya futbolu
277
9.10.2021, 14:33
Gündoğan nə üçün pul ayıracaq?
İlkay Gündoğan təqdirəlayiq addım atmaqla bağlı qərar verib.
“Mançester Siti”nin təcrübəli futbolçusu xeyriyyə aksiyasında iştirak edəcək.
30 yaşlı türkəsilli almaniyalı yarımmüdafiəçi bu barədə “The Independent” qəzetinə açıqlamasında bildirib. O, Almaniyada və Türkiyədə seldən və meşə yanğınlarından zərər görən ərazilərdə 5 min ədəd ağac əkilməsi üçün mailiyyə vəsaiti ayıracaq. 2011-ci ildən Almaniya millisində çıxış edən İlkay qərarına belə şərh verib: “Almaniya və Türkiyə mənə ən yaxın ölkələrdi. Bu ölkələrdə son vaxtlar baş verən sel və meşə yanğınları məni də narahat edir. Təbii fəlakətlərin səbəbi iqlimdə baş verən dəyişikliklərlə bağlıdı. Vacib məsələ odu ki, belə fəlakətlər övladlarımız üçün adi hadisələrə çevrilməsin”.