
Dünya futbolu
178
9.10.2021, 12:30
"Çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı" - Yuxa Malinen
AÇ-2023-ün seçmə mərhələsində Finlandiya millisi Azərbaycanın qonağı olub.
"Football-plus.az" saytının məlumatına görə, qonaq komandanın baş məşqçisi Yuxa Malinen oyun haqda bunları deyib:"İlk hissədə qol epizodlarını dəyərləndirməklə bağlı problemlərimiz oldu. Bəzi məqamlarda isə çox tələsik oynadıq. Bəlkə də çox istəkli olmağımız bu nəticəyə gətirib çıxardı. Digər tərəfdən, topu rəqib qapısına daha tez çatdırmalı idik. Sürətli hücumlarımız olsa da, istədiyimiz qolları vura bilmədik. Gələcəkdə bu epizodlardan daha yaxşı istifadə edə biləcəyik".
Qeyd edək ki, Azərbaycan - Finlandiya matçı 1:1 hesabı ilə başa çatıb.