“Qəbələ” və “İnter”də (İndiki “Keşlə”) çıxış etmiş Nika Kvekveskiri Polşada həbs olunub.
"Football-plus.az" saytının məlumatına görə, “Lex”də çıxış edən gürcüstanlı yarımmüdafiəçi sərxoş halda avtomobil idarə edib. Polis tərəfindən saxlanılan 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Nika Kvekveskiri 2015/16 mövsümündə “İnter”də, 2016/17-ci futbol ilində “Qəbələ”də çıxış edib.