Oktyabrın 8-də Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.
"Football-plus.az" saytının məlumatına görə, nazir voleybolçu yeniyetmə və gənclərlə görüşüb, onların məşq proseslərini izləyib, eləcə də Voleybol Federasiyasında yaradılmış şəraitlə maraqlanıb.
Azərbaycan Voleybol Federasiyasının Birinci vitse-prezidenti Faiq Qarayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları haqda məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, AVF prezidentinin müşaviri Əbülfəz Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın voleybol komandasının baş məçqçisi Alla Həsənova iştirak edib.