Sabah DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə İrlandiya yığması üz-üzə gələcək.
Bu oyundan öncə irlandların baş məşqçisi Stefen Kenni mətbuat konfransında iştirak etdi. 50 yaşlı çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini səsləndirdi:
“Çox yaxşı məşq həftəsi keçmişik, oyuna hazırıq".
Stefen Kenni daha sonra media mənsublarının suallarını cavablandırdı:
- İrlandiya mətbuat istefa vermək ehtimalınızın yüksək olduğunu yazıb. Bu amil sizi təzyiq altına salmır?- Hər yazılana inanmaq lazım deyil. Özümü təzyiq altında hiss etmirəm. Portuqaliyaya son dəqiqələrdə gələn qolla uduzsaq da, Serbiya ilə heç-heçə bizdə özünəinam yaratdı. Bu özünəinam sabahkı oyunda qələbə qazanmaq ümidimizi artırır.
- Azərbaycan millisini necə xarakterizə edərdiz? Xüsusi diqqətinizi çəkən futbolçu var?- Azərbaycan yığmasının bütün oyunlarını izləmişik. Serbiya onlara son dəqiqələrdə qələbə qolunu vurdu, Portuqaliya minimum fərqlə qalib gəldi. Biz isə sabah qələbəyə oyunumuzla layiq olmaq istəyirik. Ümid edirik ki, buna da nail olacağıq. Bura bir gün tez gəldik, bu da bizim üçün müsbət məqamdı. Bu gün də sonra məşqimizi keçib sabahkı görüşə hazır olacağıq.