"Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsində dinlənməsi başa çatıb.
Bu məlumatı "Football-plus.az" saytına açıqlamasında onun vəkili Fərid Haqverdiyev verdi. Tanınmış hüquqşünas dinləmə zamanı müsbət yöndə işartıların olduğunu bildirdi:
"Proses bitdi. Bizim mövqeyimizi dinlədilər. Nurlanın da fikirlərinə qulaq asdılar. İlkin təəssürat haqda nəsə demək çətindi. Qarşı tərəf də çox ciddi hazırlaşmışdı. Gərgin müzakirələr oldu. Heyət tərəfindən müəyyən dəqiqləşdirici suallar verildi. Bəzi məqamlar bizim xeyrimizə idi. Müsbət yöndə işartılar görünürdü. Amma yekun fikir demək üçün hələ tezdi".
İLKİN SULTANLI