"Qəbələ" sabiq futbolçusu Fernan Lopesi komandaya geri qaytarıb.
"Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçinin transferi azad agent qismində reallaşıb. 26 yaşlı futbolçunun son klubu "Yagelloniya" olub.
İspaniyalı futbolçu daha öncə 2019/20 mövsümündə Qəbələ təmsilçisinin formasını geyinib.
Qeyd edək ki, "Qəbələ" rəsmi "feysbuk" səhifəsində futbolçunun üzünü gizlədilərək şəkil paylaşıb.
Həmin paylaşımı sizə təqdim edirik: