Avropa çempionatının seçmə mərhələsi
A qrupu
AZƏRBAYCAN (U-21) - Finlandiya (U-21)
Hakimlər: VİKTOR ŞİMUŞİK, Anton Qusev, Sergey Kosovets, Vitali Sevostyanik (hamısı Belarus).
8 oktyabr. Sumqayıt. Kapital Bank Arena. Saat 20.30
21 yaşadək futbolçulardan ibarət yığmamız sabah Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Milan Obradoviçin komandası finlandiyalı həmyaşıdları ilə qarşılaşacaq. Bu, mllinin seçmə mərhələdə doğma meydanda keçirəcəyi ilk qarşılaşma olacaq. Hesabında xal olmayan U-21 turnirə yaxşı başlamayıb. Ardıcıl iki qarşılaşmada qapısından 8 top buraxan komanda çıxış yolu axtarır. Finlandiya ilə görüş bu baxımından dönüş nöqtəsi ola bilər. Heyət də kifayət qədər güclüdü. Belə ki, futbolçuların az qala 90 faizi premyer-liqa klublarının üzvüdü. Sadəcə, Obradoviç komandanı toparlamalı və uğurlu nəticənin mümkünlüyünə inandırmalıdı.
Bu, Azərbaycan və Finlandiyanın 21 yaşadək futbolçulardan ibarət yığmalarının 5-ci dueli olacaq. İndiyə kimi keçirilən 4 qarşılaşmının heç birində qələbə qazanmamışıq. Finlərlə ilk oyunumuz 2003-cü ildə Avropa çempionatının seçmə mərhələsinində baş tutub. Helsinkidəki qarşılaşmada yığmamız 0:3 hesabı ilə uduzub. Cavab matçında da rəqib minimalhesablı qələbə qazanıb. Növbəti duellər isə 2015 və 2016-cı illərdə baş tutub. Yenə Avropa çempionatının seçmə mərhələsində münasibətləri aydınlaşdırmışıq. Bakıdakı oyunda qonaqlar qələbə qazanıb - 1:0. Helsinkidə reallaşan qarşılaşmada isə hesab açılmayıb.
Qeyd edək ki, sabah həmçinin Xorvatiya - Norveç, Estoniya – Avstriya görüləri baş tutacaq.
1. Norveç 2 2 0 0 8-1 6
2. Xorvatiya 2 2 0 0 4-0 6
3. Avstriya 3 2 0 1 9-3 6
4. Finlandiya 2 1 0 1 3-2 3
5. AZƏRBAYCAN 2 0 0 2 0-8 0
6. Estoniya 3 0 0 3 0-10 0
İLKİN SULTANLI