“Bakı Olimpiya stadionu Azərbaycan - İrlandiya oyununa hazırdı. Ot örtüyü ideal vəziyyətdədi”.
Bu sözləri “Football-plus.az” saytına açıqlamasında Bakı Olimpiya Stadionunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Fərid Əsədzadə dedi. Arena rəsmisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - İrlandiya görüşünün keçirilməsi ilə bağlı heç bir problem olmadığını bildirdi:
“Qarabağ” - “Bazel” görüşündə baş verən proseslər burda da olacaq. Yəni, COVİD-19 pandemiyası ilə bağlı bir sıra məsələlərdə yumuşalmalar olacaq. Məsələn, ilk “11-liy”ə düşə bilməyən futbolçular artıq tribunada yox, ehtiyat oyunçular skamyasında əyləşəcəklər. Başqa dəyişiklik yoxdu. Stadionun ot örtüyü isə tam hazırdı. Demək olar ki, idealdı”.
İLKİN SULTANLI