Bu bir reallıqdı ki, pulun və titulların çoxluğu adamı xəstəliklərdən azad etmir.
Amerikalı tennisçi Serena Uilyams güclü bağ ağrıları haqda danışıb: “Həyatım boyunca miqren tutmalarından əziyyət çəkmişəm. Ağrılar, adətən, ayda iki dəfə olur. Uşaq olanda anama gileylənirdim ki, başım ağrıyıt. Yalnız 20 yaşdan sonra anladım ki, məndə miqren tutmaları var. Buna görə hətta bəzən məşqləri dayandırmalı olmuşam. Miqren öz həyatımı yaşamağıma mane olur”.
Serenanı “Böyük dəbilqə” gturnirlərinin 23 qat qalibi olduğunu da xatırladaq.