Milli komandamız İrlandiya və Serbiyaya qarşı keçirəcəyi DÇ-2022-nin seçmə mərhələsinin oyunlarının hazırlığına başlayıb.
Canni de Byazinin yetirmələri Mərdəkandakı təlim-məşq bazasında məskunlaşıb və məşqləri "Dalğa Arena"da keçir. Legionerlər dünən düşərgəyə qoşulublar.
İrlandiya yığması da dünən ölkəmizə gəlib. Bu məlumatı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan aldıq. Qurum rəsmisi rəqibin “Hilton” otelində məskunlaşdığını və 10 jurnalistin də paytaxtımıza təşrif buyurduğunu qeyd etdi.
İLKİN SULTANLI