
Dünya futbolu
201
7.10.2021, 15:17
Salahın klubundan tələbi məlum oldu
Məhəmməd Salahın yeni müqavilə üçün klubundan maliyyə tələbi müəyyənləşib.
“Liverpul” rəhbərliyi komandanın aparıcı futbolçusuna bir neçə həftə əvvəl yeni təklif irəli sürüb. Bir sıra oyunçulardan fərqli Salah müqaviləsini yeniləməyə tələsmir. Bu isə səbəbsiz deyil. “The Independent” qəzetinin xəbərinə görə, misirli hücumçu həftəyə təxminən 300-380 min funt sterlinq qazanmaq istəyir. O, mövcud müqaviləyə əsasən 200 min funt sterlinq məvacib alır. Salahın “Liverpul”la hazırkı anlaşmasının müddəti 2023-cü ilin yayında sona çatacaq.
Xatırladaq ki, son bir neçə ay ərzində qapıçı Alisson Beker, müdafiəçilər Vircil van Diyk, Trent Aleksander-Arnold, Endryu Robertson, yarımmüdafiəçilər Fabinyo və Cordan Henderson klubla müqaviləsini yeniləyiblər.