
Dünya futbolu
164
7.10.2021, 13:57
İspaniya klubunda yeni məşqçi
Bu günlərdə Pako Lopesi istefaya göndərən “Levante” rəhbərliyi baş məşqçi problemini yoluna qoyub.
Klubun rəsmi saytının məlumatında istefa qərarına komandanın uğursuz nəticələrinin səbəb olduğu bildirilmişdi. Şənbə günü “Malyorka”ya uduzan (0:1) “Levante” hazırda La Liqada 8 oyuna 4 xalla 20 iştirakçı arasında 18-ci yeri tutur. 54 yaşlı Lopes komandanı 2018-ci ildən çalışdırırdı. Qeyd edək ki, o, klub tarixində valensiyalılara ən uzun müddət başçılıq edən mütəxəssisdi.
“Levante”ni çətin vəziyyətdən Xavyer Pereyra çıxarmağa çalışacaq. 55 yaşlı mütəxəssis ilə “1+2 il” sxemi üzrə müqavilə bağlanılıb.