DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan İrlandiya millisi ilə üz-üzə gələcək.
"Football-plus.az" saytının məlumatına görə, qonaq komandanın heyətində bəzi futbolçular problemlə üzləşib. Bu haqda sabiq ekspert Eymon Danfi danışıb.
O, bildirib ki, növbəti matçlar üçün heyətə dəvət alan 26 futbolçudan 8-i koronavirus əleyhinə peyvənd olunmaqdan imtina edib. Onları bu fikrə Kallum Robinsonun vaksinlə bağlı etirafları salıb. Robinson peyvənd olunmayacağını söyləyib və bunu şəxsi seçimi adlandırıb. O, daha əvvəl 2 dəfə koronavirusa yoluxduğunu da deyib.