Millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə oyun öncəsi "İndependent.ie" nəşrinə açıqlama verib.
İtaliyalı mütəxəssis Dublində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə nəticənin ədalətli olduğunu bildirib:
"Bütün diqqətimi İrlandiya ilə oyuna yönəltmişəm, gələcəklə bağlı düşünmürəm. İnanıram ki, oyuna intensivliyi, ürəyi və təşkilatlanmış işi ortaya qoysaq, İrlandiya üçün həyatı çətinləşdirə bilərik. Amma son dəqiqələrdə qol buraxmaq heç də xoş deyil. İrlandiya keyfiyyətli gənc oyunçuları olan yaxşı komandadı. Onların bir çoxu İngiltərə premyer-liqasında oynayır. Buna görə də bizim üçün hər zaman böyük diqqətlə qarşılanacaq rəqibdi".
Qeyd edək ki, oktyabrın 9-u Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya görüşü saat 20.00-da başlayacaq.