DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Serbiyanın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, ev sahiblərinin futbolçusu Uroş Raçiç keçirəcəkləri görüşlər haqda danışıb:
“Həmişə olduğu kimi, yenə meydana qalib gəlmək üçün çıxacağıq. Biz Lüksemburqdan daha səviyyəli komandayıq. İlk matçda da bunu göstərdik. Həmin oyunu yenidən təkrarlamalıyıq. Təbii ki, eyni resepti Azərbaycana qarşı da tətbiq edəcəyik. Komanda üzərində müsbət təzyiq var. Hər iki görüşdə qələbə qazanmalıyıq. İrlandiyaya qarşı oynadığımız performansı göstərə bilsək, həm Lüksemburqu, həm də Azərbaycanı məğlub edəcəyik”.