UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun statistik göstəriciləri açıqlayıb.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ"dan Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçu olub.
Kolumbiyalı oyunçu "Omoniya"ya qalib gəldikləri matçda 86 dəfə dəqiq ötürmə verib. 27 yaşlı müdafiəçi bu göstəriciyə görə "Tottebhem"dən Kristian Romero ilə birlikdə 4-5-ci mövqeləri bölüşür. Siyahıya isə "Kopenhagen"dən Nikolay Boylesen başçılıq edir.