DÇ-2020-nin seçmə mərhələsində İrlandiya millisi Bakıda Azərbaycanın qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, "yaşıl geyimli oğlanlar"ın sabiq futbolçusu Con O Şi qarşılaşma haqda fikirlərini deyib:
"Səfərdə qələbə qazanmaq çətindi. Milli komandamız qarşıdakı matçda rəqibindən daha yaxşı olduğunu göstərməlidi. Səfərdə oynadığınız zaman mütləq təzyiqlə üzləşirsən və bundan qurtulmağa da məcbursan. Aşağı səviyyəli komandaların müdafiə xəttini dağıtmaq daha çətindi. Futbolda ən çətin iş qol vurmaqdı. Üstün oyun sərgilədiyin zaman isə bunu nəticədə əks etdirmək mütləqdi".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20.00-da başlanacaq.