Bölgələrə səfər çərçivəsində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Cəlilabad rayonuna gedib.
"Football-plus.az" saytının məlumatına görə, Cəlilabad şəhər stadonunda aşağı yaş qruplarından ibarət komandaların üzvü olan uşaqlarla görüş keçirilib. Futbol mütəxəssisləri Samir Əliyev və Vüqar Nadirovun da iştirak etdiyi görüşdə uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar verilib.
Rayon futbol ictimaiyyəti ilə aparılan müzakirə zamanı Cəlilabad rayonunu təmsil edən “Ümid” komandasının AFFA-nın dəstəyi ilə cari mövsümdə “Region Liqası”nda iştirak edəcəyi qərarlaşdırılıb.