• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığmaya dəvət olunanlar “Zirə”nin futbolçularından güclüdü?

Yığma

6-10-2021, 13:0

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakıda İrlandiya, 12-də isə Belqradda Serbiya ilə qarşılaşacaq yığmanın heyəti açıqlanıb.

Canni de Byazi ötən cümə 26 futbolçuya dəvət göndərib. Qəribədi ki, çağrılanlar arasında “Zirə”nin bir futbolçusu da yoxdu. Bunun səbəbi təkcə italiyalı mütəxəssisə məlumdu. Rəşad Sadıqov da komandasından yığmaya futbolçu dəvət olunmamasını narazılıqla qarşılayıb.

“Heyətin oyuna 5-6 saat qalmış açıqlanması bir az qəribə oldu”, - deyə fikir səsləndirməsi, açığı, Rəşad Sadıqova yaraşmadı. Hər kəsə bəllidi ki, “Zirə”nin çalışdırıcısı dünya futbolu ilə yaxından maraqlanır. Əminəm ki, o, mediada yazılanları izləyir və bilir ki, Avropada bir çox ölkələrin - Türkiyənin, elə rəqiblərimiz Serbiya və İrlandiyanın da heyəti cümə günü açıqlanmışdı. İndi “İstanbul BŞ”nin yeni baş məşqçisi Əmrə Belözoğlu açıqlama versin ki, Ştefan Kuntsun superliqa matçlarına bir gün qalmış heyəti açıqlaması qəribə oldu? Heç bir mütəxəssis bir oyuna görə yığmaya futbolçu dəvət etmir. Bunu Rəşad Sadıqov hamıdan yaxşı bilir. Çünki özü də U-21-ə rəhbərlik edib.

İndi isə gələk “Zirə”dən yığmaya futbolçu dəvət olunmamasına. Sözsüz, Rəşad Sadıqov bu məqamda haqlıdı. Ən azı Coşqun Diniyev yığmaya layiqdi. Bunu elə “Futbol+”in əməkdaşlarının premyer-liqa matçlarında futbolçulara verdiyi qiymətlər qrafikindən də görmək olar. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən oyunçu 6 tur ərzində belə qiymətləndirilib:
1-ci tur - 4,5
2-ci tur - 4,0
3-cü tur - 5,5
4-cü tur - 5,5
5-ci tur - 5,5
6-cı tur - 6,0
Ortalama - 5,2

İndi isə gəlin milliyə çağrılan futbolçulara nəzər yetirək. Coşqunla eyni mövqedə çıxış edən Qara Qarayevlə Vüqar Mustafayev var. Düzdü, bəzən “Neftçi”nin kapitanı Emin Mahmudov da dayaq yarımmüdafiəçisi kimi çıxış edir. Lakin De Byazi heç vaxt onu burda oynatmayıb. Beləliklə, qalır Qara ilə Vüqar. “Qarabağ”ın üzvü premyer-liqada bəzi matçlarda meydana çıxmayıb. Bunun da səbəbi var. Qurban Qurbanov bir çox hallarda Qaraya istirahət verir. Amma onun avrokubokdakı çıxışına söz ola bilməz. Gəlin ancaq premyer-liqa matçlarında meydana çıxan Vüqar Mustafayevin statistikasına baxaq:
1-ci tur - 5,0
2-ci tur - 5,5
3-cü tur - 4,5
4-cü tur - 5,0
5-ci tur - 5,0
6-cı tur - 5,0
Ortalama - 5,0

Gördüyünüz kimi, “Sumqayıt”ın üzvünün nəticəsi Coşqunla müqayisədə aşağıdı. Şahin Diniyevin oğlu “Zirə”yə keçəndən sonra yüksələn qrafiklə çıxış edib. Hətta 1:1 hesabı ilə başa çatan “Zirə” - “Sabah” qarşılaşmasında komandasının qolunun ötürməsini də verib. Amma yığmaya dəvət olunmayıb. Yəqin De Byazi Coşqunun bəzən yaxşı, bəzən pis oynadığını nəzərə alaraq milliyə çağırmayıb. Və həmişə şans verdiyi, sabit çıxış edən Mustafayevi məhz buna görə seçib. Coşqunu çağırmayıb, “Sumqayıt”ın futbolçusuna güvənməyin başqa adı yoxdu.
Diniyev məsələsini bununla yekunlaşdıraq. Bəs “Zirə”nin digər futbolçuları niyə yığmaya çağrılmayıb? “Qartallar”ın yerli futbolçularına nəzər yetirək: Mehdi Cənnətov, Qismət Alıyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə, Ağabala Ramazanov.
Mehdi Cənnətov “Sumqayıt”da çıxış edəndə daim yığmaya dəvət olunurdu. Seçmə mərhələnin son 3 qarşılaşmasında da De Byazinin siyahısında yer almışdı. Amma indi yığmaya dəvət olunmaması qəribədi. İndi də Cənnətovun premyer-liqadanın 6 turunda qiymətləndirməsinə baxaq:
1-ci tur - 5
2-ci tur - 4,5
3-cü tur - 5,5
4-cü tur - 5
5-ci tur - 5
6-cı tur - 5,5
Ortalama - 5,1
Gördüyünüz kimi, dağıstanlı qapıçı “Zirə”nin heyətində sabit çıxış edir. Hətta 6 turdan sonra premyer-liqanın ən yaxşı qolkiperləri sırasında 5,4-lük göstəricisi olan Nicat Mehbalıyevdən sonra ikincidi.
De Byazi Şahruddin Məhəmmədəliyev, Emil Balayev və Aydın Bayramova dəvət göndərib.

“Qarabağ”ın əsas qolkiperi hazırda ölkənin “1 nömrə”sidi. Bunu uşaqdan-böyüyə hər kəs qəbul edir. Düzdü, premyer-liqa görüşlərində Qurban Qurbanov Şahruddinə istirahət verir. Doğrudu ki, “Keşlə” ilə matçda onun səhvindən sonra “qırmızı-ağlar” qol vurdular. Lakin bunların heç biri Şahruddinin ən yaxşı olmasına şübhə yaratmır. Avrokubok matçlarında da özünü ən yaxşı tərəfdən göstərir. Bu səbəbdən də milliyə çağrılmağa layiqdi. Bəs Emil Balayev və Aydın Bayramov? Onların “Futbol+”dəki qiymətləri ilə tanış olaq.
Emil Balayev
1-ci tur - 5,0
2-ci tur - 5,0
3-cü tur - 0
4-cü tur - 5,0
5-ci tur - 0
6-cı tur - 5,5
Ortalama - 3,4
Aydın Bayramov
1-ci tur - 0
2-ci tur - 6,0
3-cü tur - 4,5
4-cü tur - 4,5
5-ci tur - 5,0
6-cı tur - 5,5
Ortalama - 4,3
Nəticələrdən belə aydın olur ki, Mehdi Cənnətov hər iki qapıçıdan üstündü. Bu səbəbdən də milliyə çağrılmağa layiqdi. Amma gəlin bəzi qaranlıq məqamlara aydınlıq gətirək. Məsələn, Cənnətovun premyer-liqada “Neftçi” və “Sabah”la görüşlərdə ciddi səhvləri olub. Qapıçı hər iki görüşdə topu əlindən buraxaraq rəqibin fərqlənməsinə şərait yaradıb. Aydın Bayramov premyer-liqanın ilk turunda zədə alıb, meydanı tərk etdiyi üçün ona qiymət verilməyib. Emil Balayev isə meydana çıxdığı 4 görüşdə qapısından cəmi 1 qol buraxıb. Böyük ehtimalla italiyan mütəxəssis seçim edərkən bu nüansları nəzərə alıb.

Təmkin Xəlilzadə ötən 3 qarşılaşma üçün millinin heyətinə dəvət olunmuşdu. Lakin Portuqaliya ilə matçda nələrin yaşandığına hamı şahid oldu. Məhz bu səbəbdən də De Byazi böyük ehtimalla Təmkinin üstündən xətt çəkib.
Qismət Alıyev hazırda “Zirə”nin ən yaxşılarındadı. Lakin Rəşad Sadıqov onu hazırda sağ cinahda oynadır. Yəqin De Byazinin oyun üslubuna uyğun gəlmədiyindən Qismət millidən kənarda qalıb. İtaliyalı 5-4-1 taktiki sxemindən istifadə edir. Belədə sağ cinahda ya Abbas, ya da Maksim yer alır. Adını çəkdiyim futbolçulara nisbətən Qismətin təcrübəsi az olduğundan De Byazi ona güvənmir.

Sərtan son vaxtlar heç “Zirə”nin heyətində düz-əməlli oynamırsa, milliyə necə çağrıla bilər? Yəqin onun da nə üçün kənarda qaldığı hamıya bəlli oldu.
Ağabala Ramazanov haqda hamı çox danışır. Bəziləri deyir ki, yığmaya dəvət olunmalıdı. Lakin hər mətbuat konfransından sonra Rəşad Sadıqov bu fikirləri bölüşür: “Məcburiyyətdən Ağabalanı 90 dəqiqə oynatdım, cəmi 60 dəqiqə oynamağa tab gətirir”.
Bir futbolçu öz komandasında 90 dəqiqə oynaya bilmirsə, yığmaya necə xeyir verəcək? Həm də Ramazanov hücumun sol cinahında çıxış edir. Daha çox vinger funksiyasını yerinə yetirir. Bu mövqedə isə Namik Ələskərovlə Ramil Şeydayev çıxış edə bilər. Hətta “Qəbələ”dən ilk dəfə yığmaya dəvət olunan Rövlan Muradova da burda şans vermək olar.

Amma De Byazinin də səhv qərarları var. Məsələn, Ukrayna “Kolos”unda hər matçda cəmi 3-4 dəqiqə meydanda olan Anatoli Nuriyevin yığmada nə işi var? Öz komandasına fayda verməyən futbolçu millini gücləndirə biləcək? Təbii ki, yox! Ola bilsin, De Byazi Ramil Şeydayev təcrübəsini Nuriyevlə bağlı da sınayır. Nəzərinizə çatdıraq ki, ötən mövsüm “Sabah”da özünü yaxşı tərəfdən göstərməməsinə rəğmən, italiyalı Şeydayevi yığmaya dəvət edirdi. Bundan sonra “Qarabağ”a keçən forvard hazırda Ağdam təmsilçisinin ən yaxşılarından biridi. Məhz bu eksperimenti nəzərə alıb, De Byaziyə Anatoli seçiminə görə haqq qazandırmaq olar.

Hər şeyi kənara qoyaq, axı Araz Abdullayevin millidə nə işi var? Cənubi Kipr “Etnikos”unda çıxış edən futbolçu çempionat ərzində toplasan, 90 dəqiqə meydanda olmayıb. Komandası da sonuncu pillədə qərarlaşıb. Məgər Cənubi Kipr çempionatı o qədər güclüdü ki, sonuncu komandada çıxış edən futbolçuya ehtiyacımız olsun? “Qarabağ”ın “Omoniya”nın başına gətirdikləri hamıya bəllidi. Nəyə lazımdı axı “Etnikos”un oyunçusunu milliyə dəvət etmək? Coşqun Diniyevdən daha çox fayda verəcək yığmaya? Əlbəttə, yox! Bəlkə də 10-15 dəqiqəlik meydana çıxarılıb, yenə də harasa satılması üçün şərait yaradılacaq. Nə bilmək olar...

İLKİN SULTANLI

Oxunub: 1 362
Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-10-2021, 14:0

Arif Əsədov Rəşad Sadıqovun iradını ciddi saymır - AÇIQLAMA

Yığma

6-11-2021, 12:0

De Byazi Rəşad Sadıqovun tənqidindən nəticə çıxarıb? - AÇIQLAMA

Ölkə futbolu

20-03-2022, 13:0

Millinin heyəti açıqlandı

Aktual / Ölkə futbolu / Manşet / Günün xəbəri

21-03-2022, 13:0

Sənan Qurbanov "Keşlə"dən kimi milliyə layiq bilir? - AÇIQLAMA

Yığma

20-05-2022, 17:0

Belarus millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb

Ölkə futbolu

8-10-2021, 16:0

Qismət milli fasilənin yararlı olacağını düşünür - AÇIQLAMA

Aktual
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
"Qarabağ" - "Qalatasaray" matçına doğru: cəmi 2 min bilet
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
"Qalatasaray" Bakıda bu məkanı seçdi
"Yusif İmanova şans verilməsi böyük riskdi"
"Yeni müqavilədən əldə olunan vəsait klubun büdcəsinə gedir" - AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 17:22
    "Mingəçevir" Şamaxı səfərindən əliboş qayıtdı - YENİLƏNİB
  • Bu gün, 17:18
    Martın 24-ü Azərbaycan yığması üçün düşərli deyil!
  • Bu gün, 16:50
    İranlı jurnalistdən şok iddia: Rusiya ilə oyunun nəticəsi əvvəldən razılaşdırılıb!
  • Bu gün, 16:34
    Azərbaycan millisinin Avstriyaya qarşı TƏXMİNİ HEYƏTİ
  • Bu gün, 16:07
    "Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
  • Bu gün, 15:54
    "Qarabağ" - "Qalatasaray" matçına doğru: cəmi 2 min bilet
  • Bu gün, 15:39
    "Oyunboyu çox presinq etməyi, rəqibi daim təzyiqdə saxlamağı bacarırlar" - Səbuhi Səfiyarlı
  • Bu gün, 15:14
    Nuri Şahin ''Borussiya''da işləyəcək?
  • Bu gün, 14:55
    Mövsümdə 4-cü məşqçi
  • Bu gün, 14:38
    ''Fənər''in hazırlıq oyunu gərgin və məhsuldar alındı - REPORTAJ
  • Bu gün, 14:03
    "Son oyunlara görə eyforiyaya qapılsaq..." - Vaqif Cavadov
  • Bu gün, 13:59
    De Byazi 3 futbolçudan imtina etdi
  • Bu gün, 13:36
    Millimiz üçün qadın hakim
  • Bu gün, 13:13
    "Bavariya"da nələr baş verir? - TƏHLİL
  • Bu gün, 12:56
    Türklər Dzyubaya hansı ləqəbi veribmiş?
  • Bu gün, 12:38
    "Hazırda onların ən zəif yerləri yarımmüdafiə xəttidi" - AÇIQLAMA
  • Bu gün, 12:11
    Obameyanq “Çelsi”ni hansı kluba dəyişəcək?
  • Bu gün, 11:50
    "Barselona" böyük təhlükə ilə üz-üzə
  • Bu gün, 11:39
    BNA məlumat yaydı: "Qarabağ" - "Qalatasaray" matçı üçün xüsusi avtobuslar
  • Bu gün, 11:16
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:11
    "Səhvlərdən qaça bilmədik" - millinin üzvü
  • Bu gün, 10:58
    Aynur Rzayeva dünya çempionatındakı çıxışını başa vurdu
  • Bu gün, 10:31
    "Fransaya qarşı keçirdiyimiz oyunla müqayisədə daha yaxşı çıxış etdik" - millinin baş məşqçisi
  • Bu gün, 10:27
    Milli komanda yeni macəraya başlayır - YENİLƏNİR
  • Bu gün, 10:00
    Millimiz yenə uduzdu
  • Dünən, 23:54
    “Real”dan ayrılmaq istəmir
  • Dünən, 23:10
    Rəşad Abdullayev yığmadan nə gözləyir?
  • Dünən, 22:53
    Ançelottiyə o xələf olacaq?
  • Dünən, 22:33
    "Füzuli" üç transfer planlaşdırır - AÇIQLAMA
  • Dünən, 22:18
    Osimhenin qiyməti məlum oldu
  • Dünən, 21:46
    "Özümüzü daha yaxşı tərəfdən göstərməliyik" - Emin Mahmudov
  • Dünən, 21:39
    Yığmamız məğlub oldu
  • Dünən, 21:10
    "Meydanda maksimumuzu etməyə çalışacağıq" - Canni de Byazi
  • Dünən, 20:59
    Region Liqasının favoriti "Neftçi"nin əvəzedicilərinə niyə böyük hesabla uduzub?
  • Dünən, 20:37
    Mövsümü erkən başa vurdu
Daha çox
Oxunub: 2 364
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
Oxunub: 1 259
"Qalatasaray" Bakıda bu məkanı seçdi
Oxunub: 808
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 780
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
Oxunub: 517
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 412
"Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə